satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin Osmaniyə vilayətində 4,1 bal gücündə zəlzələ baş verib

Türkiyənin Osmaniyə vilayətində 4,1 bal gücündə zəlzələ baş verib

 

Avqustun 13-də Türkiyənin cənubundakı Osmaniyə vilayətində 4,1 bal gücündə zəlzələ baş verib.

NTV Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) məlumatlarına istinadla xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 17:45-də qeydə alınıb.

Yeraltı təkanların episentri Kadirli rayonu, ocağı isə 5,12 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, Osmaniyə 2023-cü ilin fevralında baş verən dağıdıcı zəlzələlərdən ən çox zərər çəkən 11 Türkiyə vilayəti arasındadır. Faciə bu vilayətin minə qədər sakininin həyatına son qoyub, Türkiyədə zəlzələ qurbanlarının ümumi sayı isə 53 min nəfəri keçib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM