satellite   Azerspace-1: 11135 H 30000

Pakistan Hindistanın xəbərdarlığı fonunda ən azı 150 min nəfəri təxliyə edib

Pakistan Hindistanın xəbərdarlığı fonunda ən azı 150 min nəfəri təxliyə edib

Pakistan Hindistanın sərhəddəki bənddən artıq suyu buraxmağı planlaşdırması ilə əlaqədar baş verə biləcək daşqın qurbanlarının qarşısını almaq məqsədilə ən azı 150 min nəfəri təxliyə edib.

NTV xəbər verir ki, bu barədə “Reuters” informasiya agentliyi məlumat yayıb.

Qeyd olunub ki, təxliyə daşqın təhlükəsi olan çaylar boyunca yerləşən əraziləri əhatə edib.

"Pakistan daşqın təhlükəsi olan çaylar boyunca yerləşən ərazilərdən ən azı 150 min nəfəri təxliyə edib. Artıq suyun buraxılması Pakistanın Pəncab əyalətinin bir hissəsinin su altında qalması təhlükəsi yaradır, bu əyalət ölkənin əsas kənd təsərrüfatı mərkəzidir və onun ərzaq ehtiyatının böyük hissəsini təmin edir", - agentlik vurğulayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM