satellite   Azerspace-1: 11135 H 30000

Ukraynada şaxtada qalan 148 nəfərin hamısı çıxarılıb - YENİLƏNİB

Ukraynada şaxtada qalan 148 nəfərin hamısı çıxarılıb<font color='red'> - YENİLƏNİB</font>

Rusiya ordusunun Dobropolye (Donetsk vilayəti) ərazisindəki yaşayış məntəqələrinə hücumu nəticəsində yerin altında qalan 148 mədənçinin hamısı xilas edilib.

NTV xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.

"Bütün mədənçilər səthə çıxarılıb. Hazırda onların həyatılarına və sağlamlıqlarına təhlükə yoxdur," - məlumatda deyilir.

Bundan əlavə, Rusiya zərbəsindən sonra şaxtaların birində bir nəfər həlak olub, daha üç nəfər yaralanıb.

15:35

Rusiya ordusunun Dobropolye (Donetsk vilayəti) ərazisindəki 5 yaşayış məntəqəsini atəşə tutması nəticəsində 148 nəfər kömür şaxtasında qalıb.

NTV xəbər verir ki, bu barədə “RBC-Ukrayna” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, atəş nəticəsində yerli şaxtalardan bir hissəsi elektrik enerjisindən məhrum olub, nəticədə mədənçilər oradan çıxa bilmirlər.

Yerli sakinlərin sözlərinə görə, Dobropolye, Belozerskoye, Annovka, İverskoye və Svyatoqorovka atəşə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM