satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna və Britaniya arasında dron istehsalı sahəsində əməkdaşlıq müzakirə olunub

Ukrayna və Britaniya arasında dron istehsalı sahəsində əməkdaşlıq müzakirə olunub

Ukraynanın müdafiə naziri Denis Şmıqal və Böyük Britaniyanın Müdafiə Qərargahının rəhbəri pilotsuz uçuş aparatlarının istehsalı sahəsində əməkdaşlığı müzakirə ediblər.

NTV  Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə D.Şmıqal sosial şəbəkə hesabında yazıb.

"Böyük Britaniyanın Müdafiə Qərargahının rəisi admiral Entoni Radakin və aviasiya baş marşalı ser Riçard Naytanla mühüm görüş keçirdim", - o bildirib.

Onlar Ukrayna Müdafiə Qüvvələrinin ehtiyaclarını, xüsusilə Britaniya sənayesi ilə tərəfdaşlıqda pilotsuz uçuş aparatlarının əsas növlərinin istehsalının artırılması məsələsini müzakirə ediblər. Həmçinin "Build with Ukraine" təşəbbüsü çərçivəsində sənaye kooperasiyası, səmərəli təhlükəsizlik zəmanətlərinin yaradılması üzrə beynəlxalq səylər müzakirə olunub.

Tərəflər həmçinin Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun sentyabrda Londonda keçirilməsi planlaşdırılan növbəti iclasına hazırlığı müzakirə ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM