satellite   Azerspace-1: 11135 H 30000

Suriya Prezidenti: İŞİD terror təşkilatının qurbanıyam

Suriya Prezidenti: İŞİD terror təşkilatının qurbanıyam

Suriya Prezidenti Əhməd əş-Şəraa "Müsəlman Qardaşlar" hərəkatına mənsub olması barədə iddiaları təkzib edib və özünü "İŞİD terror təşkilatının əsas qurbanı" adlandırıb.

NTV xəbər verir ki, bu barədə “Al Arabiya” Küveytin "Əl-Nahar" nəşrinə istinadən məlumat yayıb.

Əş-Şəraa qeyd edib ki, regiondakı bütün millətçi və radikal islamçı ideologiyalar iflasa uğrayıb.

Onun sözlərinə görə, ölkə daxilində istənilən separatçı çağırışlar yalnız xəyal olaraq qalacaq, kürdlər və Suveyda əyalətinin sakinləri ilə mümkün razılaşmalar isə yalnız Suriyanın birliyi çərçivəsində müzakirə edilməlidir.

Suriya lideri Dəməşqin siyasətinin "qisas deyil, dözümlülük üzərində qurulduğunu" vurğulayıb.

İsraillə münasibətlərin normallaşması barədə suala cavab verən əş-Şəraa bildirib ki, bu, yalnız Qolan təpələrinin qaytarılması və 1974-cü il tarixli sazişin yerinə yetirilməsi ilə mümkün olacaq.

"Bu şərtlər yerinə yetirilmədən sülh sazişindən söhbət gedə bilməz", - o əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Zəriflik nümunəsi

08:00 28.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM