satellite   Azerspace-1: 11135 H 30000

Aleksandr Lukaşenko: Xarici təcavüz olmasa, Belarus müharibəyə getməyəcək

Aleksandr Lukaşenko: Xarici təcavüz olmasa, Belarus müharibəyə getməyəcək

Xarici təcavüz olmasa, Belarus müharibəyə getməyəcək.

NTV “Belta”ya istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Berezinada yerli sakinlərlə görüşündə deyib.

"Bu gün o qədər qeyri-müəyyən, naməlum dövrdür ki, biz bu vəziyyətə dözməliyik. Dözüm etsək, övladlarımız yaşayacaq. Əgər dözməsək, bu uçuruma qərq olacağıq. Dünyada əllidən çox münaqişə və müharibə var. Biz döyüşmək istəmirik, əgər bizə toxunmasalar, sizİ əmin edirəm ki, müharibəyə qoşulmayacağıq. Bu, prezidentin və hökumətin əsas vəzifəsidir”, - deyə Lukaşenko əlavə edib.

Belarus Prezidenti qeyd edib ki, bəzi qonşu ölkələr hazırda ümumi daxili məhsulun 5 faizinə qədərini hərbi ehtiyaclara xərcləyirlər ki, bu da çox yüksək səviyyədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM