satellite   Azerspace-1: 11135 H 30000

Qırğızıstan yeni nəsil biometrik pasportların istehsalına başlayıb

Qırğızıstan yeni nəsil biometrik pasportların istehsalına başlayıb

Qırğızıstan 2025-ci il modeli olan yeni nəsil biometrik pasportların buraxılışına başlayıb.

NTV  xəbər verir ki, bu barədə məlumatı Qırğızıstanın “Kabar” agentliyi yayıb. Bildirilib ki, yeni pasportlar milli simvolları əks etdirir və xarici görünüşü, həmçinin təhlükəsizlik səviyyəsi baxımından tam yenilənib. Sənədlər Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tələblərinə tam uyğun hazırlanıb.

Qeyd olunub ki, 2024-cü ilin mayından etibarən biometrik pasportlar və daxili şəxsiyyət vəsiqələri ölkə daxilində istehsal edilir.

Yeni pasportlara keçidin əsas səbəbləri Qırğız Respublikasının Dövlət Bayrağının dəyişdirilməsi ilə əlaqədar dövlət rəmzlərinin yenilənməsi, sənəd istehsalı prosesinin tam şəkildə “Uçkun” ASC-yə verilməsi nəticəsində milli istehsalın inkişafı, eləcə də regionda təhlükəsizliyin ən yüksək səviyyələrindən birinin təmin olunmasına imkan verən müasir texnologiyaların və unikal təhlükəsizlik həllərinin tətbiqidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM