satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Bakıda Zəfər paradında şəxsi heyət və 6 ədəd F-16 ilə təmsil olunacaq

Türkiyə Bakıda Zəfər paradında şəxsi heyət və 6 ədəd F-16 ilə təmsil olunacaq

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 Bakıda noyabrın 8-də baş tutacaq Zəfər paradında döyüş uçuşu edəcək.

NTV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk mətbuat konfransında deyib.

"8 noyabrda Türkiyə Prezident Qvardiyasının Mərasim Birliyi tərəfindən rəsmi yürüş keçiriləcək və Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 qırıcısı ilə döyüş uçuşu nümayişi təşkil olunacaq", - o bildirib.

Z.Aktürk qeyd edib ki, noyabrın 7-də isə Mehtər Birliyinin orkestri ilə Gəncə Dövlət Filarmoniyası orkestrinin birgə konsert proqramı olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM