satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Finlandiya üçün istehsal olunmuş ilk F-35A qırıcı təyyarəsini təqdim edib

ABŞ Finlandiya üçün istehsal olunmuş ilk F-35A qırıcı təyyarəsini təqdim edib

ABŞ-ın Texas ştatında Finlandiya Hərbi Hava Qüvvələri üçün istehsal olunmuş ilk “Lockheed Martin” F-35A Lightning II çoxməqsədli qırıcı təyyarəsinin təqdimat mərasimi keçirilib.

NTV xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” yayım portalı məlumat yayıb.

Məlumata görə, Finlandiyanın müdafiə naziri Antti Hakkanen bildirib ki, F-35A qırıcı təyyarələri həm Finlandiyanın, həm də NATO hərbi alyansının müdafiə qabiliyyətlərini əhəmiyyətli dərəcədə gücləndirəcək.

Qeyd olunur ki, bu qırıcılar Finlandiyada müxtəlif missiyalar üçün istifadə ediləcək və ölkənin növbəti 30 il ərzində müdafiə imkanlarını təmin edəcək.

Finlandiya ABŞ-dan ümumilikdə 64 qırıcı təyyarə sifariş edib. Bu təyyarələr gələn ildən etibarən hazırda istismarda olan “McDonnell Douglas” F/A-18 Hornet qırıcılarını mərhələli şəkildə əvəz etməyə başlayacaq. Müqavilənin imzalandığı vaxtda dəyəri 10 milyard avro təşkil edib və tədarüklərin 2030-cu ildə başa çatdırılması planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatına görə, Finlandiya qırıcı təyyarələrin istehsal prosesində də iştirak edəcək. Belə ki, F-35A üçün reaktiv mühərriklərin bəzi komponentləri “Nokia”, gövdə hissələri isə “Patria” şirkəti tərəfindən istehsal olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM