satellite   Azerspace-1: 11135 H 30000

Tramp: ABŞ Venesuela yaxınlığında hərbi mövcudluğunu gücləndirəcək

Tramp: ABŞ Venesuela yaxınlığında hərbi mövcudluğunu gücləndirəcək

ABŞ ordusu Venesuela ətrafında hərbi mövcudluğunu genişləndirəcək və bu proses Venesuelanın əvvəllər oğurladığı neft, torpaq və digər aktivləri Vaşinqtona qaytarana qədər davam edəcək.

NTV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Tramp yazıb: “Venesuela Cənubi Amerika tarixində indiyədək toplanmış ən böyük dəniz donanması tərəfindən tamamilə əhatə olunub. Bu qüvvələr daha da artacaq və onlar əvvəllər heç vaxt görmədikləri şəkildə zərbələr alacaqlar. Bu, Venesuelanın bizdən oğurladığı bütün neft, torpaq və digər aktivləri ABŞ-a qaytarana qədər davam edəcək”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM