satellite   Azerspace-1: 11135 H 30000

Media: Merilend ştatında qaradərililərə təzminat ödənilməsi üçün komissiya yaradılacaq

Media: Merilend ştatında qaradərililərə təzminat ödənilməsi üçün komissiya yaradılacaq

Merilend ştatında illərlə köləlik həyatı yaşamış qaradərili amerikalılara potensial təzminatları öyrənmək üçün xüsusi komissiya yaradılacaq.

NTV xəbər verir ki, NBC telekanalının məlumatına görə, ştatın qanunvericiləri ABŞ-da yeganə qaradərili qubernator olan Ues Murun vetosundan yayına biliblər. Ues Mur uzun müddətdir ki, “köləlik irsinin artıq kifayət qədər öyrənildiyini” əsas gətirərək həmin təşəbbüsə qarşı çıxsa da, Merilend Qanunvericilik Orqanının hər iki palatasına nəzarət edən demokratlar məsələni daha dərindən araşdırmaq üçün xüsusi komissiyanın yaradılmasına çalışır.

Telekanalın məlumatına görə, təzminat tədbirlərinə pul kompensasiyası, əmlak vergisinin geri qaytarılması, mənzil və biznes təşviqləri, borcların silinməsi və pulsuz kollec təhsili daxil ola bilər. Qeyd edək ki, Merilend əhalisinin 30 faizi qaradərililərdir.

Xatırladaq ki, 2021-ci ildə İllinoys ştatının Evanston şəhəri keçmişdə təqiblərə və ayrı-seçkiliyə məruz qalan Afrika əsilli amerikalıların mənzil şəraitinin yaxşılaşdırılması üçün maliyyəni təsdiqləyən ABŞ-da ilk şəhər olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM