Çin Xarici İşlər Nazirliyinin Asiya məsələləri üzrə xüsusi elçisi Den Sitzun davam edən sərhəd münaqişəsi şəraitində iki tərəfin mövqelərini yaxınlaşdırmaq üçün Kamboca və Tailanda yollanıb.
NTV xarici KİV-nə istinadən xəbər verir ki, bu barədə Çin xarici siyasət idarəsində bildirilib.
Məlumata görə, diplomat tezliklə sülhün bərpası üçün vasitəçilik səyləri göstərəcək.
"Kamboca və Tailandın qonşusu və dostu olaraq Çin sərhəd münaqişəsini diqqətlə izləməyə davam edir və gərginliyin azaldılması istiqamətində fəal iş aparır", - sənəddə qeyd olunub.
Qeyd edək ki, Tailand və Kamboca sərhədində silahlı münaqişə iyulda başlayıb. Malayziya Baş naziri Ənvər İbrahim və ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə edilmiş atəşkəs dekabrın əvvəlində pozulub. İyul ayından bəri münaqişənin hər iki tərəfdən qurbanlarının sayı yüzü ötüb.
