Almaniyanın “Rheinmetall” konserni ilə Polşanın “SATIM Monitoring Satelitarny” adlı “deep-tech” şirkəti arasında texnologiya təchizatı üzrə müqavilə imzalanıb.
NTV xəbər verir ki, müqavilə Almaniya tərəfi üçün peyk əsaslı kəşfiyyat proqramının dəstəklənməsini nəzərdə tutur. Razılaşmaya əsasən, SATIM Bundesver üçün məlumatların toplanması, müşahidə və kəşfiyyat (ISR) imkanlarının təmin edilməsində “Rheinmetall”ın texnologiya təchizatçısı qismində çıxış edərək.
Müqavilə çərçivəsində SATIM böyük həcmdə mürəkkəb radar təsvirlərini əməliyyat baxımından istifadə oluna bilən məlumatlara çevirməyə imkan verən süni intellekt texnologiyaları təqdim edəcək.
Müdafiə sənayesində aparıcı beynəlxalq sistem istehsalçısı olan “Rheinmetall” mülki bazarlarda da gələcəyə yönəlik innovasiyaların hərəkətverici qüvvəsi kimi çıxış edir. Dünyanın 174 məkanında 42 mindən çox əməkdaşı olan şirkətin dövriyyəsi ötən il 9,8 milyard avro olub.
Mərkəzi ofisi Krakov şəhərində yerləşən “SATIM Monitoring Satelitarny” şirkəti süni intellektdən istifadə etməklə radar peyk görüntülərinin avtomatik təhlili üçün qabaqcıl həllər hazırlayır.
