satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın dron hücumları Ukraynanın neft obyektlərinə ciddi ziyan vurub

Rusiyanın dron hücumları Ukraynanın neft obyektlərinə ciddi ziyan vurub

Ukraynanın "Naftoqaz" şirkətinin obyektlərindəki avadanlıqlar Rusiya Silahlı Qüvvələrinin iki gün davam edən dron hücumlarından sonra dayanıb.

NTV  xəbər verir ki, bu barədə "Naftoqaz Ukrayna" milli səhmdar şirkətinin İdarə Heyətinin sədri Sergey Koretski sosial şəbəkədə bildirib.

Onun sözlərinə görə, Rusiya son iki gün ərzində "Ukrnafta"nın istehsal obyektlərinə təxminən 100 dron buraxıb.

"Rusiya ikinci gündür ki, neft-qaz infrastrukturunu hədəf alır. Son iki gün ərzində "Ukrnafta"nın istehsal obyektlərinə təxminən 100 "Şahid" atılıb. Ciddi dağıntılar var. Avadanlıqlar işləmir. Xilasedicilər və şirkətin mütəxəssisləri bu hücumların nəticələrinin aradan qaldırılması istiqamətində işləyirlər", - S.Koretski qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM