satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin milli müdafiə naziri Liviya xalqına başsağlığı verib

Türkiyənin milli müdafiə naziri Liviya xalqına başsağlığı verib

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Liviya Müdafiə Nazirliyinin nümayəndə heyətinin olduğu təyyarənin qəzaya uğraması ilə bağlı Liviya xalqına başsağlığı verib.

NTV xəbər verir ki, türk və ərəb dillərindəki başsağlığı mətni dekabrın 24-də Türkiyənin Müdafiə Nazirliyinin sosial media səhifəsində yerləşdirilib.

Liviyanın Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti olan şəxsi təyyarə dünən axşam Ankaradan Tripoliyə yola düşdükdən qısa müddət sonra qəzaya uğrayıb.

Təyyarə qəza siqnalı göndərib, lakin tezliklə radarlardan itib. Liviya Müdafiə Nazirliyinin 5 nümayəndəsi və 3 heyət üzvü həlak olub. Təyyarənin qalıqları Ankaradan təxminən 100 kilometr cənubda - Haymana rayonunun Kesikkavak kəndi yaxınlığında aşkar edilib. Türkiyənin daxili işlər naziri Ali Yerlikaya dünən yerli vaxtla saat 20:52-də radarlardan itən təyyarənin qara qutusunun tapıldığını açıqlayıb.

Hadisə ilə bağlı Liviyada üçgünlük matəm elan olunub. Ölkə hökuməti faciənin səbəblərinin müəyyən edilməsi üçün işləri əlaqələndirmək məqsədilə Müdafiə Nazirliyinin nümayəndələrindən ibarət qrupu Türkiyəyə göndərib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM