satellite   Azerspace-1: 11135 H 30000

Liviyanın hərbi ekspertləri Türkiyədə təyyarənin qəzaya uğradığı yerə baxış keçirirlər

Liviyanın hərbi ekspertləri Türkiyədə təyyarənin qəzaya uğradığı yerə baxış keçirirlər

Liviya hərbi ekspertlərindən ibarət qrup dekabrın 24-də Türkiyənin paytaxtı Ankara şəhərindən 100 kilometr cənubda yerləşən əraziyə gəlib. Məqsəd Liviya Müdafiə Nazirliyinin nümayəndə heyətinin üzvləri də daxil olmaqla, 8 nəfərin ölümünə səbəb olan təyyarə qəzası ilə bağlı istintaqı əlaqələndirməkdir.

NTV xəbər verir ki, ekspertlər Liviya hökumətinin tapşırığı ilə Türkiyəyə gəliblər və Haymana rayonunun Kesikkavak kəndi yaxınlığında təyyarənin qalıqlarına baxış keçirirlər.

Qəza yeri jandarma qüvvələri tərəfindən mühasirəyə alınıb, yerli vaxtla səhər saat 3:20-də aşkar edilən uçuş məlumatlarını qeyd edən cihaz deşifrə üçün Ankaraya çatdırılıb.

Türkiyənin Ədliyyə Nazirliyi tərəfindən təyyarə qəzası ilə bağlı açılan cinayət işi 4 prokurora həvalə edilib

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM