satellite   Azerspace-1: 11135 H 30000

Tailand və Kamboca hərbçiləri arasında müzakirələr başalayıb

Tailand və Kamboca hərbçiləri arasında müzakirələr başalayıb

Tailand və Kamboca hərbçiləri arasında sərhəd toqquşmaları fonunda danışıqlara başlayıb.

NTV xəbər verir ki, iki ölkə sərhədindəki Banphakkat keçid məntəqəsinin Tailand hissəsində baş tutan görüş tərəflər arasında atəşkəs və monitorinq mexanizmlərinə dair rəsmi danışıqlara hazırlıq məqsədi daşıyıb.

Ortaq sərhəd komitəsinin Tailand tərəfdən katibi Nuttaponq Praokaev jurnalistlərə bildirib ki, görüşdə sərhəd komitəsinin dekabrın 27-də keçiriləcək 3-cü xüsusi iclasında müzakirə olunacaq sənədlər nəzərdən keçirilir, tərəflər öz mövqelərini ifadə edirlər.

Medianın məlumatına görə 3 gün davam edəcək müzakirələr müsbət keçərsə, dekabrın 27-də iki ölkənin müdafiə nazirinin görüşü baş tutacaq.

Qeyd edək ki, dekabrın 7-də Tailand-Kamboca sərhədində silahlı toqquşmalar başlayıb. Hər iki tərəfdən həm hərbçilər, həm də mülki şəxslər arasında ölən və xəsarət alanlar var. Sərhədboyu ərazilərdən 100 minlərlə sakin təxliyə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM