satellite   Azerspace-1: 11135 H 30000

Yaponiya Suriyaya 53 milyon dollar yardım ayırıb

Yaponiya Suriyaya 53 milyon dollar yardım ayırıb

Yaponiya xarici işlər nazirinin müavini Onişi Yoheinin Dəməşqə səfəri zamanı iki ölkə arasında 15 ildən sonra iqtisadi əlaqələrin bərpası məsələsi müzakirə olunub.

NTV  Yaponiya mediasına istinadla xəbər verir ki, nazir müavini Onişi Yohei Suriyanın keçid hökumətində maliyyə naziri Muhammad Yaser Bernie və digər rəsmilərlə görüşlərində hökumətin cari maliyyə ili üçün büdcə əlavəsində Suriyaya 53 milyon ABŞ dolları maliyyə yardımı nəzərdə tutulduğunu bildirib.

Görüşlərdə minaların təmizlənməsi, təbii fəlakətlərdən qorunma kimi mövzular da müzakirə olunub, Yaponiya şirkətlərini Suriyaya investisiya yatırmağa təşviq etmək üçün forumun keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, xarici işlər nazirinin müavini Onişi Yohei 15 illik fasilədən sonra Suriyaya səfər edən ilk Yaponiya rəsmi şəxsi olub. Yaponiya Suriya ilə iqtisadi əlaqələri 2011-ci ildə dayandırıb. Ötən müddətdə Yaponiya yalnız beynəlxalq və qeyri-hökumət təşkilatları vasitəsilə Suriyaya humanitar yardım edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM