satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-da pilotsuz yük gəmisi layihələndirilib

ABŞ-da pilotsuz yük gəmisi layihələndirilib

Dəniz robototexnikası sahəsində ixtisaslaşan ABŞ-ın “Clippership” şirkəti külək enerjisi ilə hərəkət edən, uzunluğu 24 metr olan qeyri-adi pilotsuz yük gəmisinin hazırlanmasını yekunlaşdırır.

NTV  “Interesting Engineering” nəşrinə istinadla xəbər verir ki, bunun üçün gəmi karbon kompozitindən hazırlanmış iki ədəd qatlanan sərt qanadla təchiz ediləcək. Qanadlar ənənəvi parça yelkənlərlə müqayisədə iki dəfə daha səmərəli olacaq. Gəmi insanın minimal iştirakı ilə transatlantik keçidlər üçün nəzərdə tutulub.

Şirkət gəminin layihəsini gəmi memarlığı sahəsində tanınmış mütəxəssislər olan “Dykstra Naval Architects” və “Glosten” ilə birgə hazırlayır. Gəminin təməlqoyma və tikinti işləri üçün Niderlandın “KM Yachtbuilders” gəmiqayırma zavodu ilə müqavilə bağlanıb. Layihə dənizçilik üzrə müvafiq nəzarətedici təşkilatlar tərəfindən təsdiqlənib. Gəmi Malta bayrağı altında istismara veriləcək. Onun suya buraxılması 2026-cı ilin sonuna planlaşdırılır, bundan sonra isə Atlantik okeanını da keçməklə genişmiqyaslı dəniz sınaqlarına başlanacaq.

Maraqlıdır ki, bu, nisbətən kiçik ölçülü yük gəmisi olacaq və görünür, xüsusi yüklərin daşınması üçün nəzərdə tutulub. Gəminin yük anbarı 75 avropaletin yerləşdirilməsi üçün hesablanıb.

Layihənin bəyan edilən əsas məqsədi külək enerjisindən istifadə hesabına dəniz daşımaları zamanı tullantıların əhəmiyyətli dərəcədə azaldılması, həmçinin avtonom gəmilərin səmərəliliyinin və etibarlılığının artırılmasıdır. Bu, ənənəvi konteyner gəmilərinin iqtisadi baxımdan daha az səmərəli olduğu kiçik həcmli yüklər üçün dayanıqlı logistika istiqamətində atılan mühüm addımdır.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM