satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Konqresi Azərbaycana yardım məhdudiyyətinin ləğvi barədə qanun layihəsinin mətnini açıqlayıb

ABŞ Konqresi Azərbaycana yardım məhdudiyyətinin ləğvi barədə qanun layihəsinin mətnini açıqlayıb

ABŞ Konqresinin saytında Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib.

NTV-nin məlumatına görə, sənəddə bildirilir ki, Azərbaycan Respublikası müstəqillik qazandığı gündən indiyədək ABŞ və onun tərəfdaşları üçün etibarlı müttəfiq olaraq qalıb, müharibə və sülh dövründə mühüm əməkdaşlıq həyata keçirib.

Həmçinin vurğulanır ki, Azərbaycan Cənubi Qafqazda sülhün prioritet olduğunu açıq şəkildə nümayiş etdirib və müvafiq sərhədlər, ərazi bütövlüyü Azərbaycan və Ermənistan tərəfindən razılaşdırılan sülh sazişi ilə təsbit olunub.

Qanun layihəsinə əsasən, Azadlığa Dəstək Aktının 907-ci maddəsi ləğv edilir və qanunun mündəricatında həmin maddə ilə əlaqəli bənd çıxarılır.

Layihə Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvü Luna Anna Paulina tərəfindən dekabrın 9-da Konqresə təqdim edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM