satellite   Azerspace-1: 11135 H 30000

Prezident Ərdoğan: Türkiyənin inkişafının qarşısını almaq cəhdləri iflasa məhkumdur

Prezident Ərdoğan: Türkiyənin inkişafının qarşısını almaq cəhdləri iflasa məhkumdur

2023-cü ilin fevralında baş vermiş güclü zəlzələlərin vurduğu böyük zərər nəticəsində Türkiyə dövlətinin zəifləyəcəyinə ümid edənlərin gözləntiləri doğrulmayıb. Türkiyənin inkişafının qarşısını almaq cəhdləri iflasa məhkumdur.

NTV  xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənubundakı Hatay vilayətinin sakinləri ilə görüşdə bildirib.

Türkiyə liderinin sözlərinə görə, 53 mindən çox insanın həyatına son qoymuş zəlzələlərin vurduğu maddi zərər 150 milyard ABŞ dollarını ötüb. “Ümumi sahəsi 110 min kvadratkilometr olan ərazidə fəlakətin mənfi nəticələrini 14 milyon Türkiyə vətəndaşı hiss edib”, - deyə Prezident Ərdoğan bildirib

Dövlət başçısı zəlzələdən zərər çəkmiş bölgələrdə aparılan genişmiqyaslı bərpa işlərinə diqqət çəkərək qeyd edib ki, cəmi iki ildən bir qədər artıq müddətdə fəlakət zonasına daxil olan 11 vilayətdə 455 mindən çox yaşayış vahidi istifadəyə verilib.

“Dövlət fəlakət zonasının sakinlərinə dəstəyi bundan sonra da davam etdirəcək”, – deyən Türkiyə Prezidenti, həmçinin ölkənin 11 vilayətində çalışan 200 min mühəndisə, memara və fəhləyə təşəkkür edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM