satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın Rostov vilayətində yük qatarı relsdən çıxıb

Rusiyanın Rostov vilayətində yük qatarı relsdən çıxıb

Rusiya Federasiyasının Rostov vilayətində yük qatarı relsdən çıxıb.

NTV xəbər verir ki, dekabrın 28-nə keçən gecə baş verən hadisə barədə Cənub Nəqliyyat Prokurorluğu məlumat yayıb.

"Şimali Qafqaz dəmir yolunun Kiziterinka-Protoçnaya məntəqələri arasında yük qatarının lokomotivinin təkər cütləri relsdən çıxıb. Hadisənin səbəbləri və şəraiti araşdırılır", - qurumdan bildirilib.

Prokurorluğun məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisə yerində bərpa işləri aparılır, nəzarət qurumu və hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.

Bildirilib ki, hadisə səbəbindən 20 uzaqməsafəli və 5 şəhərətrafı qatarın hərəkəti ləngiyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM