satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanda zəlzələ olub

Gürcüstanda zəlzələ olub

Dekabrın 28-i günün ikinci yarısında Gürcüstanda zəlzələ baş verib.

NTV xəbər verir ki, bu barədə Gürcüstan Milli Elmlər Akademiyasının Yer Elmləri İnstitutunun Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ Dmanisi şəhərindən 19 kilometr qərbdə, əsasən, azərbaycanlılar yaşayan Məmişli kəndi ərazisində qeydə alınıb.

Yeraltı təkanların gücü 3,8 bal olub.

Dağıntı və ya digər zərərlə bağlı hələlik məlumat yoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM