satellite   Azerspace-1: 11135 H 30000

Zelenski: “20 bəndlik sülh planının 90 faizi razılaşdırılıb

Zelenski: “20 bəndlik sülh planının 90 faizi razılaşdırılıb

“ABŞ-da bütün mövzular üzrə həqiqətən də əla müzakirələr apardıq. Amerika və Ukrayna komandalarının əldə etdiyi irəliləyişi yüksək qiymətləndiririk”.

NTV  xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Floridada keçirilən görüş sonrası birgə mətbuat konfransında deyib. Dövlət başçısı bildirib ki, görüşdə sülh planının bütün aspektləri müzakirə olunub.

“20 bəndlik sülh planı 90 faiz, ABŞ-Ukrayna təhlükəsizlik zəmanətləri və hərbi aspektlər 100 faiz razılaşdırılıb. ABŞ-Avropa-Ukrayna təhlükəsizlik zəmanətləri ilə bağlı demək olar ki, razılıq əldə olunub. Rifah planı tamamlanma mərhələsindədir və biz bunu da müzakirə etdik. Təhlükəsizlik zəmanətləri davamlı sülhə nail olmaq üçün əsas mərhələdir və komandalarımız bütün aspektlər üzərində yaxşı işləməyə davam edəcəklər”,- deyə Zelenski əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM