satellite   Azerspace-1: 11135 H 30000

Rusiyada vətəndaşlıq andı üçün yaş həddi 14-ə endirilib

Rusiyada vətəndaşlıq andı üçün yaş həddi 14-ə endirilib

Rusiya Prezidenti Vladimir Putin 14 yaşından etibarən Rusiya vətəndaşlığına sadiqlik andı içməyi nəzərdə tutan qanun imzalayıb.

NTV  xəbər verir ki, müvafiq dəyişiklik “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” Qanuna edilib. Dəyişiklik sənədin rəsmi dərc edilməsindən 10 gün sonra qüvvəyə minəcək. Hazırda and Rusiya vətəndaşlığı üçün müraciət edənlərə məcburidir, lakin 18 yaşına çatmamış vətəndaşlar əvvəllər bu öhdəlikdən azad edilirdi. Yeni qanunla yaş 14-ə endirilib.

Sənəddə, həmçinin müəyyən edilir ki, şəxs əvvəlcə and içməkdən imtina edibsə, Rusiya vətəndaşlığının verilməsi qərarı olan andan etibarən ləğv ediləcək. Bundan əlavə, qanunla nəzərdə tutulub ki, şəxs and içməzdən əvvəl vəfat edibsə, Rusiya vətəndaşlığının verilməsi haqqında qərar etibarsız sayılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM