satellite   Azerspace-1: 11135 H 30000

İspaniyada qasırğa nəticəsində iki nəfər ölüb

İspaniyada qasırğa nəticəsində iki nəfər ölüb

İspaniyanın cənub-şərqində baş verən qasırğa nəticəsində iki nəfər ölüb.

NTV xəbər verir ki, bu barədə "El Pais" nəşri yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

"Bu gün İllora səhəri (Qranada) yerli polis idarəsi dünən itkin düşmüş gəncin meyitinin tapıldığını bildirib. Onun meyiti axtarışlarda patrul dəstəsinə kömək edən yerli sakinlər tərəfindən tapılıb. Dostu ilə birlikdə motosikletlə çayı keçməyə çalışarkən onu İllora çayının axını aparıb", - nəşr bildirib.

Daha əvvəl ilk həlak olan şəxsi meyiti tapılmışdı.

İtkin düşmüş hesab edilən üçüncü şəxsin axtarışları davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM