satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə terrorçularla əlaqədə şübhəli bilinən 127 nəfər saxlanılıb

Türkiyədə terrorçularla əlaqədə şübhəli bilinən 127 nəfər saxlanılıb

Türkiyənin Daxili İşlər Nazirliyi İŞİD terrorçuları ilə əlaqədə şübhəli bilinən 127 nəfərin saxlandığını açıqlayıb.

NTV  xəbər verir ki, dekabrın 29-da Yalova əyalətində polis əməkdaşları ilə atışmada iştirak edən yaraqlılarla əlaqədə şübhəli bilinən şəxslərin həbsləri Ankara və İstanbulda həyata keçirilib.

İstanbul Prokurorluğunun məlumatına görə, əməliyyatlar Yeni il gecəsi mümkün terror hücumları ilə bağlı kəşfiyyat məlumatlarının təhlili əsasında başlayıb.

Saxlanılan şəxslər arasında xarici ölkə vətəndaşları da var.

Qeyd edək ki, bir gün əvvəl Yalovada İŞİD terrorçuları ilə atışmada 3 polis həlak olub, hüquq-mühafizə orqanlarının 8 əməkdaşı və 1 mühafizəçi yaralanıb, 6 terrorçu məhv edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM