satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Avropa İnvestisiya Bankından 84 milyon avro alıb

Ukrayna Avropa İnvestisiya Bankından 84 milyon avro alıb

Ukrayna dekabr ayında şəhər infrastrukturunun inkişafına yönəlmiş altı layihə çərçivəsində Avropa İnvestisiya Bankından (AİB) 83,6 milyon avro kredit alıb.

NTV xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi bildirib.

Məlumata görə, maliyyə vəsaiti, xüsusən aşağıdakı layihələr üzrə cəlb edilib: "Ukraynanın Ali Təhsili" - 22 milyon avro, "Bələdiyyə İnfrastrukturunun İnkişaf Proqramı" - 18,4 milyon avro, "Ukrayna Dəmir Yollarının Modernləşdirilməsi" - 13,5 milyon avro, "Ukrayna Şəhər İctimai Nəqliyyatı 1 və 2" - 14,4 milyon avro və 10,2 milyon avro, həmçinin "Ukraynada İctimai Binaların Enerji Səmərəliliyi" - 5,15 milyon avro.

 

Qeyd olunub ki, vəsaitlər "Connecting Europe Facility" təşəbbüsü çərçivəsində sərhədarası dəmiryol keçidlərinin inkişafına, Lvov, Dnepr, Ternopol və Kremençuq üçün ictimai nəqliyyat vasitələrinin alınmasına, həmçinin Lvovin nəqliyyat deposunun tikintisi üçün yönəldiləcək.

Bundan əlavə, maliyyələşdirmə ictimai binaların termomodernizasiyası, ali təhsil müəssisələrinin yataqxana və tədris korpuslarının enerji səmərəliliyinin artırılması, həmçinin kommunal və bələdiyyə infrastrukturunun inkişafı üzrə tədbirlərin həyata keçirilməsini təmin edir.

Genişmiqyaslı döyüş əməliyyatlarının başlanğıcından bəri AİB artıq yuxarıda göstərilən layihələr çərçivəsində Ukraynaya 860 milyon avrodan çox vəsait ayırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM