satellite   Azerspace-1: 11135 H 30000

Birləşmiş Ərəb Əmirlikləri Yəməndə apardığı antiterror əməliyyatlarını dayandırır

Birləşmiş Ərəb Əmirlikləri Yəməndə apardığı antiterror əməliyyatlarını dayandırır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2015-ci ildən bəri Yəməndə legitimliyi dəstəkləmək, terror təşkilatları ilə mübarizədə beynəlxalq səylərə yardım etmək, eləcə də qardaş Yəməndə təhlükəsizlik və sabitliyə nail olmaq üçün Ərəb Koalisiyasında iştirak edir. BƏƏ bu məqsədlərə çatmaq üçün böyük qurbanlar verib.

NTV xəbər verir ki, bu, BƏƏ Müdafiə Nazirliyinin bəyanatında əks olunub.

Bəyanatda vurğulanır ki, BƏƏ Silahlı Qüvvələri razılaşdırılmış rəsmi çərçivələrdə verilən tapşırıqları yerinə yetirdikdən sonra 2019-cu ildə Yəmən Respublikasındakı hərbi iştirakını yekunlaşdırıb. BƏƏ ordusu Yəməndə terrorizmə qarşı mübarizədə iştirakını müvafiq beynəlxalq tərəfdaşlarla əlaqələndirilməklə fəaliyyət göstərən ixtisaslaşmış qruplarla məhdudlaşdırıb.

BƏƏ Müdafiə Nazirliyi son hadisələr və onların antiterror əməliyyatlarının təhlükəsizliyinə və effektivliyinə potensial təsirini nəzərə alaraq, Yəməndə antiterror qruplarının fəaliyyətinin dayandırıldığını bildirib. Bu addımın qrupların şəxsi heyətinin təhlükəsizliyinin təmin edilməsinə yönəldiyini qeyd edib və bunun müvafiq tərəfdaşlarla koordinasiyada həyata keçiriləcəyini vurğulayıb.

Bəyanatda qeyd olunur ki, bu tədbir mövcud şəraitin hərtərəfli qiymətləndirilməsi nəticəsində baş tutur, eləcə də BƏƏ-nin öhdəliklərinə və regionun təhlükəsizliyini və sabitliyini dəstəkləməkdə roluna uyğundur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM