satellite   Azerspace-1: 11135 H 30000

Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub

Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub

Rumıniya NATO üzvü olan Avropa ölkələrinin Kiyev üçün ABŞ ehtiyatlarından silah aldığı PURL (Ukrayna üçün Prioritet Tələblər Siyahısı) proqramı çərçivəsində Ukraynaya silah alınması məqsədilə 50 milyon avro vəsait ayıracaq.

NTV xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin rəsmi saytında dərc olunmuş mətbuat açıqlamasında bildirilir ki, “Rumıniya hökuməti ABŞ-ın təklif etdiyi PURL-a töhfə verən ölkələrə qoşulmaq və 50 milyon avro məbləğində ianə etmək barədə qərar qəbul edib”.

Xarici İşlər Nazirliyi vurğulayıb ki, “PURL mexanizmi, xüsusilə Tramp administrasiyasının müttəfiqlər arasında təhlükəsizlik məsuliyyətlərinin daha ədalətli bölüşdürülməsi yanaşması kontekstində, ABŞ administrasiyası üçün mühüm xarici siyasət və təhlükəsizlik alətidir. ABŞ tərəfi PURL vasitəsilə tərəfdaş ölkələri Ukraynanın dəstəklənməsinə birbaşa və ölçülə bilən şəkildə cəlb etməyə, eyni zamanda əlaqələndirilmiş fəaliyyət çərçivəsi yaratmağa çalışır”.

Qeyd edək ki, PURL proqramı iyulun 14-də ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte tərəfindən irəli sürülüb. Bu mexanizm çərçivəsində NATO müttəfiqləri Ukrayna üçün ABŞ ehtiyatlarından silah alışı həyata keçirirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM