satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Rusiyada neft emalı zavodu və terminalına dronlarla zərbələr endirib

Ukrayna Rusiyada neft emalı zavodu və terminalına dronlarla zərbələr endirib

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və Dövlət Sərhəd Xidmətinin qüvvələri dekabrın 30-dan 31-nə keçən gecə Rusiyanın Tuapse şəhərinə pilotsuz uçuş aparatları ilə hücum edib.

NTV Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Məlumata görə, Tuapse neft emalı zavodu və neft terminalına zərbə endirilib. Neft emalı zavodunda neftin ilkin emalı qurğusu (AVT-12) uğurla hədəfə alınıb.

"Zavod ildə 12 milyon tona yaxın neft emalı gücünə malik olub" - qurumda qeyd ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM