satellite   Azerspace-1: 11135 H 30000

KİV: Rusiya Ukraynaya kütləvi dron zərbəsi endirib

KİV: Rusiya Ukraynaya kütləvi dron zərbəsi endirib

Rusiya silahlı güvələri yanvarın 2-nə keçən gecə Ukraynanın Zaporojye vilayətinə kütləvi hücum edib.

NTV xəbər verir ki, bu barədə Ukrayna KİV-i Zaporojye vilayəti hərbi administrasiyasının rəhbəri İvan Fedorovun bəyanatına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, gecə ərzində kütləvi Pilotsuz Uçuş Aparatları ilə hücumlar edilib.

İ.Fedorov qeyd edib ki, zərbələr yaşayış evlərinə, ticarət obyektlərinə və infrastruktura ziyan vurub.

"Səhər onlarla ev və kommersiya obyektinin zədələndiyi qeydə alınıb", - İ.Fedorov deyib.

Ukrayna silahlı qüvvələrinin məlumatına görə, Rusiya qoşunları sutka ərzində Ukrayna ərazisini vurmaq üçün 116 "Shahed" tipli dron tətbiq edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM