satellite   Azerspace-1: 11135 H 30000

Səudiyyə Ərəbistanı dünyada ən böyük hökumət data mərkəzinin tikintisinə başlayıb

Səudiyyə Ərəbistanı dünyada ən böyük hökumət data mərkəzinin tikintisinə başlayıb

Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda 3 milyon kvadrat metrə yaxın ərazini əhatə edən dünyanın ən böyük IV dərəcəli (Tier IV) hökumət data mərkəzinin təməli qoyulub.

NTV xəbər verir ki, ümumi gücü 480 meqavat olan “Hexagon” məlumat mərkəzi ən yüksək səviyyəli təhlükəsizlik və əməliyyat mübadiləsini təmin edən beynəlxalq standartlara uyğun olaraq hazırlanıb.

Mərkəz elektron xidmətlərə etibar artdıqca dövlət qurumlarının tələblərini ödəyəcək. O, Qlobal Rəqəmsal İnfrastruktur Təşkilatına (“Uptime İnstitute”) görə, data mərkəzləri üzrə ən yüksək reytinqə malikdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM