satellite   Azerspace-1: 11135 H 30000

BYD elektrik avtomobillərinin istehsalına görə dünya liderliyinə yüksəlib

BYD elektrik avtomobillərinin istehsalına görə dünya liderliyinə yüksəlib

 

Çinin avtomobil istehsalçısı BYD elektrik avtomobillərinin istehsalına görə ABŞ-ı ötərək dünya liderliyinə yüksəlib.

NTV  xəbər verir ki, 2025-ci ildə BYD-nin elektromobil istehsalı əvvəlki illə müqayisədə 28 faiz çoxalaraq 2,26 milyon ədəd təşkil edib. Teslanın satışı isə təxminən 9 faiz azalaraq 1,64 milyon ədədə düşüb. Bu nəticə ilə BYD tarixdə ilk dəfə dünyanın ən böyük elektromobil istehsalçısı ünvanına yiyələnib.

BYD-nin açıqlamasında deyilir ki, ötən il şirkətin Avropa, Cənub-şərqi Asiya və Yaxın Şərq bazarlarında satışı çoxalıb. Belə ki, BYD ötən il xaricdə rekord sayda – 1 milyondan çox elektromobil satıb. Bu da əvvəlki illə müqayisədə 150 faiz çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM