satellite   Azerspace-1: 11135 H 30000

Venesuelanın müdafiə naziri ordunun səfərbər edildiyini açıqlayıb

Venesuelanın müdafiə naziri ordunun səfərbər edildiyini açıqlayıb

Venesuela ABŞ-nin hərbi əməliyyatı fonunda ölkənin müdafiəsi üçün bütün qoşun növlərini səfərbər edib.

NTV  "Euronews"a istinadən xəbər verir ki, bu barədə Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes videomüraciətində bildirib.

"Venesuela hərtərəfli müdafiə üçün bütün quru, hava, hərbi-dəniz və raket qüvvələrinin genişmiqyaslı yerləşdirilməsinə başlayacaq", - o bildirib.

 

14:17

 

ABŞ-nin Venesuelaya hücümu nəticəsində ölən və yaralananlarla bağlı məlumat toplanır.

NTV CNN-ə istinadən xəbər verir ki, bunu Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes deyib.

O, ABŞ-nin hava hücumunun ölkə üzrə şəhər infrastrukturuna ciddi təsir göstərdiyini bildirib.

Nazirin sözlərinə görə, ABŞ hərbi helikopterlərindən Karakasdakı "Fort Tiuna" hərbi obyektinə raketlər buraxılıb.

Lopes qeyd edib ki, hazırda hökumət ABŞ-nin hücumu nəticəsində ölən və yaralananlarla bağlı məlumat toplayır. Nazir "Venesuelanın xarici qoşunların öz ərazisindəki mövcudluğuna müqavimət göstərəcəyini" bildirib.

"Bu müdaxilə ölkənin üzləşdiyi ən böyük özbaşınalıqdır", - nazir əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM