satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Maduro və həyat yoldaşını narkoterrorizmdə ittiham edib

ABŞ Maduro və həyat yoldaşını narkoterrorizmdə ittiham edib

ABŞ-ın baş prokuroru Pam Bondi Venesuela Prezidenti Nikolas Maduronun ağır cinayətlərdə ittiham olunduğunu açıqlayıb. Onun sözlərinə görə, Maduro narkoterrorizm, ABŞ-a kokain idxalı, eləcə də silah və dağıdıcı qurğuların saxlanmasında və bu silahların ABŞ-a qarşı istifadəsində ittiham olunur.

NTV xəbər verir ki, Pam Bondi xüsusi əməliyyat nəticəsində saxlanılan Nikolas Maduronun və onun həyat yoldaşı Siliya Floresin Nyu-Yorkun Cənub Dairə Məhkəməsində ifadə verəcəklərini bildirib. Baş prokuror qeyd edib ki, hər iki şəxs artıq rəsmi olaraq ittiham edilir.

Açıqlamada vurğulanıb ki, iş ABŞ hüquq-mühafizə orqanları tərəfindən aparılan genişmiqyaslı istintaqın nəticəsidir və məhkəmə prosesi Nyu-Yorkda keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM