satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Ədliyyə Departamenti Venesuela Prezidentinə qarşı yeni ittiham aktını açıqlayıb

ABŞ Ədliyyə Departamenti Venesuela Prezidentinə qarşı yeni ittiham aktını açıqlayıb

ABŞ Ədliyyə Departamenti Venesuela Prezidenti Nikolas Maduroya, onun həyat yoldaşına və oğluna qarşı yeni ittiham aktının mətnini açıqlayıb.

NTV-nin məlumatına görə, onlar narkoterrorçuluq və narkotik qaçaqmalçılığında ittiham olunurlar. Departament ittiham aktında bildirir ki, Maduro və müttəfiqləri Venesuela qurumlarını öz mənfəətləri üçün narkotik ticarəti ilə əlaqəli korrupsiya yuvasına çeviriblər.

Qeyd olunub ki, bu korrupsiya Venesuela rəsmilərinin və onların ailələrinin ciblərini doldurmaqla yanaşı, Venesuela torpağında cəzasız fəaliyyət göstərən və tonlarla kokain istehsalına, qorunmasına və ABŞ-a daşınmasına kömək edən zorakı narkoterrorçulara da fayda verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM