satellite   Azerspace-1: 11135 H 30000

2025-ci ildə Almaniyada sığınacaq üçün müraciətlərin sayı 32 faiz azalıb

2025-ci ildə Almaniyada sığınacaq üçün müraciətlərin sayı 32 faiz azalıb

Almaniyada sığınacaq almaq üçün edilən müraciətlərin sayı ötən il 32 faiz azalıb.

NTV “Bild” qəzetinə istinadla xəbər verir ki, ötən il 168 543 sığınacaq müraciəti qeydə alınıb. Bu sahədə 2024-cü illə müqayisədə 82 mindən çox azalma müşahidə edilib. 2023-cü ildə isə sığınacaq müraciətlərinin sayı 351 mindən çox olub.

Azalmaya miqrasiya siyasətinin sərtləşdirilməsi, o cümlədən sərhədlərdə geri göndərmələrin sayının artırılması, ailə birləşməsinin müvəqqəti dayandırılması və digər tədbirlər səbəb olub.

Almaniyada sığınacaq üçün müraciət edənlər arasında ilk sıralarda Əfqanıstan (59 200), Suriya (23 100) və Türkiyə (13 800) vətəndaşları yer alıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM