satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə silah qaçaqmalçılığına qarşı əməliyyat keçirilib, 202 nəfər saxlanılıb

Türkiyədə silah qaçaqmalçılığına qarşı əməliyyat keçirilib, 202 nəfər saxlanılıb

Türkiyənin 14 vilayətində silah qaçaqmalçılığına qarşı əməliyyat keçirilib.

NTV xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial media hesabında paylaşım edib.

Nazir bildirib ki, iki həftə ərzində İstanbul başda olmaqla, 14 vilayətdə silah qaçaqmalçılığına qarşı keçirilən əməliyyat nticəsində 398 tapança, 175 ov tüfəngi, 32 avtomat ələ keçirilib. Nazirin sözlərinə görə, qaçaqmalçılıqla məşğul olmaqda şübhəli bilinən 202 nəfər saxlanılıb.

Bundan başqa, qanunsuz silah istehsalı ilə məşğul olan dörd emalatxananın fəaliyyəti dayandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM