satellite   Azerspace-1: 11135 H 30000

Pakistanda avtobusa silahlı hücum olub, ölən və yaralananlar var

Pakistanda avtobusa silahlı hücum olub, ölən və yaralananlar var

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində naməlum silahlılar partlayıcı qurğunu partladıb və sement zavodunun işçilərini daşıyan avtobusa atəş açıblar. Hadisə nəticəsində bir nəfər ölüb, səkkiz nəfər isə yaralanıb.

NTV xəbər verir ki, xilasetmə qrupları və təhlükəsizlik işçiləri hadisə yerinə gələrək yaralıları yaxınlıqdakı xəstəxanaya aparıblar. Mənbələr bildirib ki, təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb və silahlıları tapmaq üçün axtarış əməliyyatına başlayıblar.

Hücuma görə məsuliyyəti hələlik heç bir qrup öz üzərinə götürməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM