satellite   Azerspace-1: 11135 H 30000

ABŞ hökuməti son altı ayda ikinci dəfə şatdaunla üzləşib

ABŞ hökuməti son altı ayda ikinci dəfə şatdaunla üzləşib

ABŞ-da Daxili Təhlükəsizlik Nazirliyinin maliyyələşdirilməsi ilə bağlı demokratlar və respublikaçılar arasında fikir ayrılığı səbəbindən qismən “şatdaun” başlayıb. “Şatdaun” ABŞ hökumətinin maliyyə çatışmazlığı ucbatından federal qurumların fəaliyyətini dayandırması deməkdir.

NTV “Fox News” telekanalına istinadla xəbər verir ki, oxşar vəziyyət 2025-ci ilin payızında da baş vermişdi. Həmin vaxt “şatdaun” 43 gün davam etmişdi. ABŞ Prezidenti Donald Tramp müvəqqəti maliyyələşdirmə haqqında qətnaməni imzalayaraq, federal qurumların fəaliyyətini 2026-cı ilin yanvar ayının sonuna qədər uzatmışdı. Bu müddət ərzində qanunvericilərin növbəti ilin büdcəsini razılaşdırmaları gözlənilirdi. Həqiqətən də bəzi qanun layihələri qəbul edildiyindən, qurumlardan bir neçəsi fəaliyyətini davam etdirmişdi.

Mübahisənin əsas kulminasiyası Daxili Təhlükəsizlik Nazirliyinin maliyyələşdirilməsi məsələsidir. Demokratlar Minnesota ştatında baş verən hadisələrdən sonra nazirliyin büdcəsinin azaldılmasını tələb edirlər.

Xatırladaq ki, Miqrasiya Xidmətinin əməkdaşı əməliyyat zamanı saxlanılan şəxslərdən birinə kömək etmək istədiyi iddia olunan tibb bacısını atəş açaraq öldürmüşdü. Bundan sonra ştatda etiraz aksiyaları başlamışdı.

Davamlı “şatdaun” bazarlara, o cümlədən kriptoaktivlərə mənfi təsir göstərə bilər. Lakin “CryptoRank” agentliyinin məlumatlarına əsasən, bu amil artıq əvvəlki dövrlərdə özünü göstərib. Ən azından 29-30 yanvar korreksiyasından sonra ciddi düşüş müşahidə edilməyib.

"ABC News” agentliyinin məlumatına görə, yanvarın 30-da Senat Daxili Təhlükəsizlik Nazirliyinin qısamüddətli maliyyələşdirilməsi haqqında qətnaməni digər paketdən ayrı təsdiqləyib. Qanun layihəsi ABŞ Nümayəndələr Palatasına göndərilib, lakin orada yalnız fevralın 2-də səsvermə keçirilə bilər.

Qanun layihəsində demokratlara bir sıra güzəştlər nəzərdə tutulub. Xüsusilə layihəyə əsasən bütün miqrasiya və gömrük xidməti əməkdaşları bədən kameraları daşımalıdırlar, maskalardan istifadə isə qadağan olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM