satellite   Azerspace-1: 11135 H 30000

BMT-nin insan hüquqları üzrə Ali komissarı Ukraynanın enerji infrastrukturuna zərbələrə son qoymağa çağırıb

BMT-nin insan hüquqları üzrə Ali komissarı Ukraynanın enerji infrastrukturuna zərbələrə son qoymağa çağırıb

Son illərin ən soyuq qış fəslindən birində Ukraynanın enerji obyektlərinə davam edən hücumlar mülki əhalini istilik, su və elektrik enerjisindən məhrum edir.

NTV xəbər verir ki, bu barədə BMT-nin insan hüquqları üzrə Ali komissarı Folker Türk bildirib.

O, Rusiyanı bu cür zərbələri dərhal dayandırmağa çağırıb. Qeyd edib ki, “Rusiya Federasiyasının Ukrayna ərazisində enerji infrastrukturuna amansız hücumları dözülməz dərəcədə sərt və qaranlıq bir qışda onsuz da əziyyət çəkən mülki əhalini istilik, su və elektrik enerjisindən məhrum edir”.

Ali Komissarın sözlərinə görə, uzun müddətdir davamlı atəş altında yaşayan insanlar indi temperaturun mənfi 20 dərəcəyə düşdüyü həddindən artıq soyuğa dözmək məcburiyyətində qalırlar.

“Ötən gecə Rusiya Federasiyası yenidən Ukrayna ərazisində enerji infrastrukturunu hədəf alan genişmiqyaslı hücum həyata keçirib. Yüz minlərlə mülki şəxs elektriksiz və istiliksiz oyanıb”, - deyə Türk bildirib.

O, bu cür zərbələrin nəticələrinin dağıdıcı və geniş xarakter daşıdığını, gündəlik həyatın hər bir sahəsinə təsir etdiyini vurğulayıb.

“Milyonlarla ev təsərrüfatı gündə cəmi bir neçə saat elektrik enerjisi alır. Sinif otaqlarında istilik sisteminin olmaması məktəblərin bağlanmasına, tibb xidmətlərinin isə çətinləşməsinə səbəb olub. Yaşlı və əlilliyi olan insanlar çoxmənzilli binaların yuxarı mərtəbələrində qalıblar. Lift işləmədiyindən onlar aşağı düşə bilmirlər”, - deyə BMT-nin insan hüquqları üzrə baş müdafiəçisi bildirib.

Ali Komissar mülki infrastruktura zərbələrin beynəlxalq humanitar hüquqla qadağan olunduğunu xatırladıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM