satellite   Azerspace-1: 11135 H 30000

Moskvada Rusiya-Azərbaycan əməkdaşlığının aktual məsələləri müzakirə olunub

Moskvada Rusiya-Azərbaycan əməkdaşlığının aktual məsələləri müzakirə olunub

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev arasında görüş keçirilib.

NTV Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə ikitərəfli gündəliyin bir sıra aktual məsələləri müzakirə olunub. İki ölkə arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyəti haqqında Bəyannaməyə uyğun olaraq əlaqələrin bundan sonra da inkişaf etdirilməsinə sadiqlik olduğu bir daha təsdiqlənib.

Tərəflər qarşıdakı siyasi təmaslarla bağlı cədvəllərini tutuşdurub, eləcə də bəzi regional və beynəlxalq mövzuları müzakirə ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM