satellite   Azerspace-1: 11135 H 30000

Lyonda xəstəxana işçiləri təcili yardım şöbələrində vəziyyətin pisləşməsinə etiraz edirlər

Lyonda xəstəxana işçiləri təcili yardım şöbələrində vəziyyətin pisləşməsinə etiraz edirlər

Fransanın Lyon şəhərində xəstəxana işçiləri təcili yardım şöbələrində şəraitin pisləşməsinə etiraz olaraq aksiya keçirib. CGT və “Force Ouvrière” kimi həmkarlar ittifaqlarının çağırışı ilə baş tutan aksiyada işçilər kadr çatışmazlığına, gözləmə müddətlərinin artmasına və ağırlaşan iş şəraitinə diqqət çəkiblər.

NTV xəbər verir ki, həmkarlar ittifaqları yaydıqları bəyanatda vəziyyətin narahatedici olduğunu bildirərək, müalicənin keyfiyyəti və təhlükəsizliyinin təhdid altında qaldığını vurğulayıblar.

“Le Progrès” nəşrinin məlumatına görə, tibb işçiləri əlavə tibb bacısı, yeni xidmətçi və ya xərəkçi ştatının açılmasını, həmçinin təhlükəsizliyin gücləndirilməsi üçün xüsusi əməkdaş ayrılmasını tələb edirlər.

Eyni zamanda, 24 saat, həftənin 7 günü fəaliyyət göstərəcək təcrübəli həkim nəzarətinin tətbiqi istənilir. Məqsəd SAMU xidməti ilə koordinasiyanı yaxşılaşdırmaq və xəstələrin yönləndirilməsi ilə bağlı yaranan gərginliyi azaltmaqdır.

Həmkarlar ittifaqları illik təxminən 40 min müraciət qəbul edən təcili yardım şöbələrinin yüklənməsini azaltmaq üçün əlavə stasionar çarpayıların yenidən açılmasını da tələb edirlər.

Bu etiraz aksiyası Lyondakı “Édouard-Herriot” xəstəxanasının təcili yardım şöbəsində bir həftə əvvəl başlayan tətil fonunda baş verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
61 İLLİK SƏADƏT - VİDEO

18:36 13.02.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM