satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib

Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib

Rusiya Federasiyasının xarici dövlət borcu 2006-cı ildən bəri ilk dəfə 60 milyard dollar həddini keçib.

NTV xəbər verir ki, bu barədə "RİA Novosti" Rusiya Maliyyə Nazirliyinin statistikasına istinadən məlumat yayıb.

Belə ki, Rusiyanın xarici dövlət borcu 2026-cı il fevralın 1-nə olan vəziyyətinə görə 61,97 milyard dollara çatıb.

Rusiya Maliyyə Nazirliyinin məlumatlarına görə, 2006-cı il yanvarın 1-i xarici dövlət borcu 76,5 milyard dollar təşkil edib, artıq 2007-ci il yanvarın 1-də isə 52 milyard dollara düşüb. Borc həmin vaxtdan bəri 60 milyard dollar həddini aşmamışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM