satellite   Azerspace-1: 11135 H 30000

Moskvanın vağzal meydanında partlayış nəticəsində bir nəfər ölüb

Moskvanın vağzal meydanında partlayış nəticəsində bir nəfər ölüb

Moskvanın Savelovski vağzalı meydanında naməlum qurğunun partladılması nəticəsində bir yol polisi əməkdaşı həlak olub, digəri isə yaralanıb.

NTV xəbər verir ki, təxminən saat 00:05-də naməlum şəxs Savelovski vağzalı meydanında xidməti avtomobildə olan yol polisi əməkdaşlarına yaxınlaşıb, daha sonra naməlum qurğu partlayıb.

Partlayış nəticəsində bir yol polisi əməkdaşı həlak olub, digəri isə xəstəxanaya yerləşdirilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, əraziyə baxış və müşahidə kameraları görüntülərinin araşdırılması nəticəsində məlum olub ki, partlayışı törədən şəxs hadisə yerində ölüb.

Rusiya İstintaq Komitəsi Rusiya Cinayət Məcəlləsinin 317-ci maddəsi (hüquq-mühafizə orqanı əməkdaşının həyatına sui-qəsd) və Rusiya Cinayət Məcəlləsinin 222.1-ci maddəsinin 1-ci hissəsi (partlayıcı qurğuların qanunsuz dövriyyəsi) üzrə cinayət işi açıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM