satellite   Azerspace-1: 11135 H 30000

Filippində batmış bərənin sualtı axtarışları dayandırılıb

Filippində batmış bərənin sualtı axtarışları dayandırılıb

Yanvarın 26-da Basilan yaxınlığında batmış sərnişin gəmisinin sualtı axtarışları başa çatıb.

NTV Filippinin Sahil Mühafizəsi Xidmətinin məlumatına istinadla xəbər verir ki, Baluk-Baluk adası yaxınlığında 27 gün davam edən əməliyyat zamanı gəmidən 22 cəsəd çıxarılıb. Bununla da ölənlərin sayı 65-ə çatıb, 14 nəfər itkin düşmüş hesab olunur. Qəza zamanı azı 293 sərnişin xilas edilib.

Bildirilib ki, dalğıclar güclü sualtı cərəyanlar və məhdud görünüş şəraitində gəminin bütün hissələrini yoxlayıblar. Hadisə ilə bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM