satellite   Azerspace-1: 11135 H 30000

Yunanıstan Kiprə iki freqat və F-16 qırıcıları göndərir

Yunanıstan Kiprə iki freqat və F-16 qırıcıları göndərir

Yunanıstan adanın təhlükəsizliyini gücləndirmək üçün Kiprə iki freqat və bir cüt F-16 qırıcısı göndərir.

NTV Yunanıstan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Nikos Dendias bildirib.

Onun sözlərinə görə, qərar Baş nazir Kiriakos Miçotakisin Kipr Prezidenti Nikos Xristodulidislə məsləhətləşmələrindən sonra qəbul edilib.

Dendias vurğulayıb ki, Yunanıstan böhran ərzində Kiprin müdafiə qabiliyyətini dəstəkləyəcək.

Hökumət şurasının qərarına əsasən, Kipr sahillərinə "Kimon" freqatı, həmçinin "Kentavr" sistemi ilə təchiz edilmiş ikinci Yunanıstan freqatı göndərilir. Bundan başqa, Kiprə hava məkanının müşahidəsi və müdafiəsinin gücləndirilməsinə cəlb ediləcək iki F-16 qırıcısı göndərilir.

Müdafiə naziri həmçinin bildirib ki, fəaliyyətin koordinasiyası üçün Baş Qərargah rəisi ilə birgə Nikosiyaya yollanacaq.

Afina ABŞ və İsrailin İrana zərbələrindən sonra Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda təhlükəsizlik tədbirlərini gücləndirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM