satellite   Azerspace-1: 11135 H 30000

Kreml Rusiya-İran əməkdaşlığını şərh edib

Kreml Rusiya-İran əməkdaşlığını şərh edib

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İranın xarici işlər naziri Abbas Araqçinin Rusiya və Çindən dəstək barədə açıqlamalarından sonra Moskva-Tehran əməkdaşlığı ilə bağlı şərh verib.

NTV xəbər verir ki, jurnalistlərin Rusiyanın İrana hansı formada yardım göstərməsi ilə bağlı suallarını cavablandıran Peskov bildirib ki, Moskva İran rəhbərliyi ilə davamlı dialoq aparır. “Biz İran tərəfi ilə dialoqdayıq. İran rəhbərliyinin nümayəndələri ilə dialoq aparırıq. Bu dialoqu mütləq davam etdirəcəyik”, - deyə o, brifinqdə bildirib.

Rusiya və İran arasında hərbi əməkdaşlığa gəldikdə, Kremlin sözçüsü qeyd edib: “Bu mövzuda demək istədiklərimin hamısını bildirdim”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM