Türkiyənin ədliyyə naziri Akın Gürlek 16 yaş və yuxarı sosial media istifadəçilərinin mobil telefonlarına xüsusi kod daxil edərək yaşlarını təsdiqləməli olacaqlarını açıqlayıb.
NTV xəbər verir ki, ədliyyə naziri təsdiq kodu sisteminin tətbiqi üzərində işlərin fəal şəkildə davam etdiyini bildirib.
O, həmçinin uşaqlar və yeniyetmələr üçün sosial mediaya girişin tezliklə bloklanacağını əlavə edib.
Nazir uşaqları zorakılığa, gender neytrallığına və başqa neqativ meyillərə təhrik edən şəbəkələrlə bağlı Türkiyə Cinayət Məcəlləsinə dəyişikliklərin ediləcəyini də açıqlayıb.
